Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı yeni - QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:17 Şuşadan ən son GÖRÜNTÜLƏR (VİDEO)  |     16:11 Azərbaycanın 15 şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub  |     16:02 Putin: "BRICS-ə daha 34 dövlət qoşulmaq istəyir"  |     14:40 Paşinyan: "Ermənistanda 44 günlük müharibədən sonra çoxlu sayda silah yoxa çıxıb"  |     14:33 Pakistanda daha bir vətəndaşda təhlükəli virus aşkarlandı  |     14:29 Dəhşətli cinayətlə bağlı ETİRAF: "İki qardaşı arvadı ilə eşq yaşayırdı, Narin bunlardan birini..." - FOTO  |     14:23 “Miss Türkiyə” birincisi səfirin qızı imiş  |     14:21 Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülhə təhdiddir  |     14:19 "McLaren"in rəhbəri: "Bakıdakı yarış hər zaman maraqlı olur"  |     14:09 Ağcabədidə 26 yaşlı qız özünü güllələdi  |     13:53 Nöqsanlara görə 40-dan çox bağçanın müdiri işdən çıxarılıb  |     13:45 Marşrut avtobusunun sürücüsü məhkəmə zalında həbs olundu  |     13:21 Bakıda tanınmış liseylərin direktorları vəzifələrindən AZAD EDİLDİLƏR  |     13:05 Sudanda vəba epidemiyasından ölənlərin sayı 242-yə yüksəldi  |     12:55 ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib  |     12:53 Sumqayıtda silah-sursat aşkarlandı  |     12:51 Bakının mərkəzində ofis binasında faciə  |     12:50 Bakı həbsxanasında daha bir ÖLÜM  |     12:48 Bakı bulvarının müvəqqəti bağlanması xəbərinə RƏSMİ REAKSİYA  |     12:30 Avrokubok oyunları Azərbaycanın iki kanalında yayımlanacaq  |    

Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı yeni - QƏRAR

“Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası” təsdiq edilib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatlarının rəhbərləri üç ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlamalı, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Qərara əsasən, kommunal xidmət göstərən müəssisələr iki ay müddətində büdcə təşkilatları ilə birlikdə nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyi buna uyğun olaraq, kommunal xidmət göstərən müəssisələr tərəfindən sayğac quraşdırılmayan obyektlərə dair siyahı təqdim edildikdən sonra iki ay müddətində dövlət büdcəsinin imkanları və strateji yol xəritələri üzrə nəzərdə tutulan prioritetlər nəzərə alınmaqla, büdcə təşkilatları üzrə sayğaclaşmanın başa çatdırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Kommunal xidmət göstərən müəssisələrə tapşırılıb ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 737 17.04.19 11:28