Yüz ölçüb, bir biçəcəyik – Artıq boşanmaq da mümkün olmayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |    

Yüz ölçüb, bir biçəcəyik – Artıq boşanmaq da mümkün olmayacaq

Milli Məclis "Mediasiya haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edib. Bu qanunun əsas məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Qanun digər məsələlərlə yanaşı, ailə münasibətlərindən irəli gələn mübahisələri də həll etməlidir. Başqa sözlə desək, artıq boşanmağa qərar verən şəxslər öncə mediatorlara müraciət edəcək, bir müddət danışıqlar aparıldıqdan sonra boşanmaqla bağlı qərarlarını verəcəklər.

Maraqlıdır, Azərbaycan cəmiyyətinə, həqiqətən də mediatorlar gərəkdirmi? "Mediasiya haqqında" qanun boşanmaların sayının azalmasına təsir göstərə biləcəkmi? Median.Az xəbər verir ki, Sputnik Azərbaycan məsələ ilə bağlı suallara aydınlıq gətirmək üçün mütəxəssislərin fikirlərini öyrənib.

Psixoloq Taryel Faziloğlunun fikrincə, bu qanunun qəbul edilməsi zəruridir: "Boşanmaların artmasının ciddi səbəbləri var. Amma bunların əksəriyyəti gizli saxlanılır. Əsas səbəblərdən biri cütlük arasında seksual münasibətlərin doyumluq halına çatmasıdır. Eyni zamanda, sosial maraqların fərqlilikləri, iqtisadi səbəblər, xarakter məsələləri, şiddət və bunun kimi başqa səbəblər də cütlüklərin ayrılmasına səbəb olur. Bu səbəblərdən əksər insanlar məlumatsız olduqlarına görə səbəblərin üzərində durmayıb aqressiya ilə addım atırlar. Nəticədə hadisələr boşanmağa gətirib çıxarır".

Psixoloqun qənaətincə, belə cütlüklər bir müddət mütəxəssis dəstəyi alsalar, gözləntilərini qeyri-real müstəvidən real müstəviyə keçirsələr, o zaman boşanmaların sayı azalacaq: "Amma problem əsl mütəxəssislərin azlığındadır. Əgər peşəkarlar cütlüklərlə işləsə, boşanmaların sayı ən azı 2 dəfə azala bilər. Bu qanun həyata keçirilsə və mütəxəssislər bu sahədə çalışsa, yeni qanun bu günə kimi ən uğurlu layihələrdən biri olacaq".

Sosioloq Əhməd Mansurov da düşünür ki, "Mediasiya haqqında" qanunun qəbulu cəmiyyətimiz üçün olduqca mühüm hadisə ola bilər: "Bu proqram ailə münaqişələrini azaldacaq, uşaqların daha az psixoloji zərər görməsinə səbəb olacaq".

Ə.Mansurov qeyd edib ki, mediasiya xidmətinin uğurla həyata keçirilməsi üçün öncə cəmiyyətdə onun vacibliyi aşılanmalıdır: "Vətəndaşlar öz problemlerinin həllində mediasiya ekspertlərinə inanmalıdırlar. Təəssüflər olsun ki, bir çox hallarda insanlar təcrübəsiz psixoloqlar ilə qarşılaşırlar. Bu da problem yaradır. Əgər mediasiya xidmətləri fəaliyyətə başlayacaqsa, cütlüklərlə mütəxəssislərin işləməsi mütləqdir, əks halda cütlüklər əlavə emosional travma ilə üzləşə bilərlər".

Sosioloq onu da əlavə edib ki, bəzi problemli məsələlər elə mediasiya prosesində həll olunacaq və məhkəməyə göndərilməyəcək. Nəticədə də boşanmaların sayı azalacaq.

Qeyd edək ki, 5 fəsil 39 maddədən ibarət qanun mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mediasiya qanununa əsasən, mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həllinə cəhd olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 512 15.04.19 21:50