Bərdədə 150 yaşlı hamam dağılmaq üzrədir - VİDEO
Bərdənin Şirvanlı kəndində tarixi hamam dağılmaq üzrədir.
Şirvanlı hamamının əsası XVIII əsrdə Seyid Heydər tərəfindən qoyulub.
Tikintisində keyfiyyətli inşaat materiallarından istifadə edilməsi tarixi abidənin bu günə qədər gəlib çatmasına imkan verib.
Yerli sakinlərin sözlərinə görə, hamam həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar üçün nəzərdə tutulub. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır.
Ötən əsrin 70-ci illərinə kimi fəaliyyət göstərən hamama sonralar tələbat azaldığından fəaliyyəti dayandırılıb.
Uzun müddət istifadəsiz qalan hamam bərbad vəziyyətə düşüb. Sakinlər bildirir ki, tarixi hamamın bərpa olunması zərurəti ortaya çıxıb.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!