"İranda müayinələrdən keçdim, Tiflisdə böyrəyimi götürdülər" - Böyrəyini satanlardan ŞOK İFADƏLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |     12:53 Tiqran Keosayan komaya düşdü  |    

"İranda müayinələrdən keçdim, Tiflisdə böyrəyimi götürdülər" - Böyrəyini satanlardan ŞOK İFADƏLƏR

Böyrək alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Median.Az
lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində danışan Rasim Bayramov deyib ki, tanışı vasitəsi ilə Fazil Həsənzadəylə görüşüb:

"Onun qohumuna təcili böyrək lazım idi. İrana getdik, yoxlamalardan keçdim. Böyrək uyğun gəldi. Bakıya gəldik, sonra Vahibin maşını ilə Gürcüstana getdik. Tiflisdə əməliyyat olundum, böyrəyimi götürdülər. Bunun qarşılığında zorla onlardan 2 min dollar pul ala bildim".

Təqsirləndirilən şəxs zərərçəkənin dediklərinə etiraz edib və bildirib ki, böyrəyinin qarşılığında 12 min manat pul alıb: "Yalandan danışır. Rasimə şəxsən 12 min manat pul vermişəm. Fazil müəllim isə mənə ayrıca 3 min dollar pul verdi".

Zərərçəkən isə qeyd edib ki, 2 min dollar verilib, yerdə qalan 10 min dolları tələb edir.

Prosesdə ifadə verən Rufan Əhmədli deyib ki, işsiz qaldığından maliyyə problemləri ilə üzləşib:

"Böyrəni satmaq qərarına gəldim. İnternetdə bu barədə yazdım. Sonradan adını Sahib kimi tanıdığım şəxs məni axtarıb tapdı. Oturub söhbət etdik, 12 min manata böyrəyimi satmağa razılaşdım. İranda bütün yoxlamalardan keçdim və Gürcüstana gedərək əməliyyat olundum. Razılaşdığım pulun hamısını almışam".

Proses aprelin 19-da davam edəcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Cinayət işində 27 zərərçəkmiş var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 589 13.04.19 20:22