Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib.
Onun sözlərinə görə, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.
“Bizə 10-dan artıq qadın maşinist müraciət edib. Lakin hələlik bir qasdın bu vəzifəyə uyğun bilinib. Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb”, - deyə Bəxtiyar Məmmədov bildirib.
Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir.//Baku.ws