Azərbaycanda “quş qripi” ilə bağlı son vəziyyət açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |    

Azərbaycanda “quş qripi” ilə bağlı son vəziyyət açıqlandı

Bu günlərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində yüksək patogenli “quş qripi” xəstəliyinin H5N8 tipinin qeydə alındığı bildirilib.

Median.Az
xəbər verir ki, bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qonşu ölkə ilə həmsərhəd rayonların baytarlıq idarələrinə ayrı-ayrı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan ev və sənaye quşlarından müayinə üçün nümunələrin götürülməsinə və baytarlıq baxışının keçirilməsinə dair göstəriş verib.

Verilən göstərişə uyğun olaraq baytarlıq mütəxəssisləri tərəfindən Astara, Lerik, Masallı, Biləsuvar, Yardımlı, Lənkəran və İmişli rayonlarının İranla sərhəd kəndlərində saxlanılan təsərrüfatlardan 263 baş ev quşunun qan nümunəsi götürülüb. Quşlardan götürülən qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün göndərilib.

Xidmətdən bildirilib ki, baytarlıq baxışı keçirilən ərazilərin təsərrüfatlarında isə xəstə və xəstəlikdən tələf olan ev quşlarına təsadüf edilməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, artıq laboratoriyada “quş qripi”nə görə götürülən nümunələrin müayinəsi başa çatıb və onların heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib.

Dövlət Baytarlıq Xidməti aparılan müayinələrin nəticələrinə və keçirilən baytarlıq baxışlarına əsasən bildirib ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 199 13.04.19 19:11