Uşaq qəddarlığının ölümcül həddi: “bullinq” - Onlar başlarına gələni danışır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |    

Uşaq qəddarlığının ölümcül həddi: “bullinq” - Onlar başlarına gələni danışır - FOTO

"Bullinq" (ingiliscə - bullyinq) sözü Azərbaycan dilinə tərcümə olunmasa da, əməldə həmişə cəmiyyətdə idi.

Sözlə, fiziki və ya psixoloji olaraq məktəblilərin digərləri ilə kobud zarafatlaşması, bunu ifrat həddə çatdırması və təkrarlanması "bullinq"dir.

Depressiya, tənhalıq, kədərin artması, əyləncə vasitələrinə marağın itməsi ilə nəticələnən bu vəziyyət intihara qədər apara bilir. Həm "bullinq" edən, həm də "bullinq"ə məruz qalan tərəfdə psixoloji problemlər yaranır.

"Bullinq"lə rastlaşan uşaqlar ölüm riski altında olsalar da, intihar fikirləri olmur. Lakin valideynləri, müəllimləri ilə olan problemlər bu riski artırır.

Median.Az xəbər verir ki, Oxu.az-ın əməkdaşı bu vəziyyətlə rastlaşmış gəncləri tapıb və onların hekayəsini dinləyib:

Sevda (ad şərtidir) artıq universitet tələbəsidir, amma şagird olarkən ona edilən "zarafat"lar yadından çıxmır:

"Məktəb vaxtı qiymətlərim əla olub, amma çox çirkin, tüklü, qara, balaca, əyri dişli uşaq olmuşam. İlk oxuduğum məktəbdə bunu problem etmirdim, çünki heç kim məni buna görə incitmirdi, əsas olan dərs oxumaq idi.

Sonra Bakı kəndlərindən birinə köçdük, məktəbdə yenə hamıdan yaxşı mən oxuyurdum, ancaq burada uşaqlar başqa cür inkişaf etmişdi.

O məktəbə keçəndə dişlərimə düzəlsinlər deyə "dəmir" taxılmışdı. Bir növ, pəltək kimi danışırdım. Yeniyetmə yaşımda - VIII sinifdə hamı tərəfindən lağ obyekti olmuşdum. Oğlanlar da, qızlar da iyrənc zarafatlar edirdilər.


Sinif rəhbərim ilk gəldiyim gündən bəri ən yaxınım olmuşdu. O olmasaydı, bəlkə də, normal psixologiyada qalmazdım. Dərs oxumağımı da ailəm sayəsində əksiltmədim.

Amma dişlərimin müalicəsini yarımçıq qoydum, utandım deyə taxmadım. Hazırda universiteti bitirməyə hazırlaşıram, ancaq hələ də o məsələlərdən sonra yaranan komplekslərim beynimdə qalıb, qurtula bilmirəm.

Dişimdə dəmir olanda danışanda gülürdülər, hətta çox oxumağıma da lağ edirdilər ki, kitabları yeyirsən. Sinifdə həm imkanlı, həm də xarici görünüşləri yerində olan bəzi uşaqlar olur, bütün sinif onların ətrafında yığılmağa çalışır.

O uşaqlar hamıya hər şeyi deyə biləcəklərini sanırlar. Övladım olanda eyni vəziyyəti yaşasa, nə edəcəyimi bilmirəm".

Leyla (ad şərtidir) isə oğlunun sinif yoldaşının başına gələnləri danışıb:

"Oğlumun sinif yoldaşını kasıb geyiminə, fasilədə yemək almayıb evdən gətirdiyi dürməyi yediyinə görə uşaqlar ələ salırdı. Oğlum gəlib deyirdi ki, filankəsə güldülər, mən də onlarla dalaşdım, bizi müdirin yanına apardılar. Müdir məsələni araşdırıb oğluma hirslənməmişdi, xəbərdarlıq etmişdi ki, bundan sonra belə olsa, uşaqları vurma, gəl, mənə de.


Məktəbdə söz-söhbət oldu, müəllimi buna görə "divara dirədim". Böyük oğlum da o məktəbdə oxuyurdu, ona tapşırdım ki, gözün bunların sinfində olsun. İndi həmin uşaq idman edir, bədəni sinifdə hamıdan yaxşıdır, oğlanlar hamısı ondan çəkinir".

Nərmin (ad şərtidir) də xarici görünüşünə görə ağladıldığını deyir:

"Həmişə qaşlarıma lağ edirdilər, hər gün evə gedib ağlayırdım. Bəzi günlər o qədər əsəbiləşirdim ki, evə gedib tək-tək qaşlarımı dartıb yolurdum. Ailədə də təkləndiyim çox olub.

Fiziki şiddətlə də rastlaşmışam. Həmin günlərdə çox istəmişəm ki, ölüm və hər şey bitsin. Amma bir tərəfdən də çox üsyankar uşaq idim. Haqqımı tələb edirdim, deyirdim ki, mənə haqsızlıq edirsiniz, mən çox oxuyub, gedəcəyəm buradan, həyatımı yenidən quracağam. Elə də oldu.

Ailəmlə münasibətlərim indi yaxşıdır, hər şey yaxşıya doğru dəyişib".

Lalə (ad şərtidir) o vaxt yaranan travmaların indi həyatına təsir etdiyini deyir:

"13-14 yaşım olardı, paralel sinif rus bölməsindəki iki oğlan qabaqda gedirdi. Saçımı tam yığımışdım. Biri digərinə dedi ki, qıza yol ver, o biri lağ edərək dedi ki, o, qız deyil, oğlandır, oğlana oxşayır. O hadisədən sonra saçımı yığıb çölə çıxmıram, daha doğrusu, çıxa bilmirəm. İntihar etmə həddinə çatmasam da, hərəkətlərimə təsir edir, bəzi şeyləri etməməyə çalışıram".

Ayan (ad şərtidir) da məktəbdə bu haldan zərər çəkib:

"Bizim cəmiyyət insana, xüsusilə qızlara qara yaxmağa meyillidir. Mən paralel sinifdə oxuyan oğlanı bağça yoldaşıma oxşatdığım üçün oğlan sinif yoldaşım mənə ad qoşmuşdu. Bu, heysiyyətimə çox toxunmuşdu.

Hələ onda VI sinifdə idik. Elə bilirdim, keçib. Amma VIII sinifdə anamla danışan sinif yoldaşım "biri ilə danışıb, keçib o birinə" demişdi. Məktəbi bitirəndə sinif rəhbərim son zəng günü məni cəzalandırmaq üçün həmin oğlanla birgə cərgədə dayanmağımı söylədi. Bu da mənə təsir etmişdi".

Məktəb psixoloqları bu barədə nə düşünürlər?

Məktəblərdə psoxoloqların işlərini necə icra etdikləri ilə yerində tanış olmaq üçün paytaxtın bir neçə məktəbinə üz tutduq.

189-190 saylı orta məktəbin psixoloqu Səbinə Kərimova məktəbdə dərs vaxtı bitsə də, azyaşlı ilə məşğul olduğu vaxt qapısını döydük. O, iş prosesindən danışdı:

"Hər ay fərdi planla işləyirik, məsələn, sentyabr ayında ibtidai siniflərin məktəbə uyğunlaşması, psixoloji hazırlıqları, uşaqların valideynləri ilə düzgün ünsiyyət qura bilməmələri aktual problemlərdir. Uşaqların söhbət etməyə ehtiyacları var, valideynlərinin başı qarışıq olur, yaxud düzgün yanaşmanı bilmirlər, vaxt keçirmək problemləri yaranır.

Sonralar uşaqların bir-biri ilə ünsiyyəti səhv alınır, çünki baxıb gördüklərini edirlər. Bunlar evdə öyrədilməlidir, tərbiyə evdə alınmalı, məktəbdə korreksiya olunmalıdır. Tərbiyə yoxdursa, müəllim tərbiyə ilə məşğul ola bilmir".


Psixoloqun fikrincə, valideynlər xoşxasiyyət diktator olmalıdırlar:

"Uşaqlarda günah olmur. Uşaqda anadangəlmə səhv olmur, ona səhv yanaşma olur. Valideynlər daha çox maariflənsələr, rollarını anlasalar, belə olmaz. Adətən, valideynlər özlərini uşaq hesab edirlər, uşaqlar onları yönləndirirlər, amma uşaqlar nə istədiklərini tam bilə bilməzlər.

Valideynlərə vəziyyəti izah edəndə isə 99 faizi "özümüzün köməyə ehtiyacımız var" deyirlər. Valideynlər psixoloji olaraq o yaş həddinə çatmayıblar, nəyin düzgün olduğunu bilmirlər".

Psixoloq uşaqların problemlərində günahı valideynlərdə görür:

"Problemin əsas həlli valideynlərdədir. Uşaqda hansısa problem varsa, deməli, valideyndə problem var. Valideyn məsuliyyət daşıyır, bunu qəbul edib üzərində işləməlidir. Bu olmadığına görə uşaqlar əziyyət çəkirlər.

Valideynin dediyi ilə müəllimlərin dediyi üst-üstə düşürsə, nəticə olacaq. Biz psixoloqlar da valideynlərlə işləməliyik. Uşaq öz həyatını özü həll edə bilməz, təmasda olduqları insanlar vacibdir. Uşağı ya məktəbdə normal oxudun, ya da məktəbdən kənarlaşdırın".

Təcrübəyə getdiyi yerdə işləməyə başlayan və dörd ildir burada olan 132-134 saylı məktəbin psixoloqu Günel Məhərrəmova uşaqların aktual problemlərini belə izah edib:

"Gündəlik iş prosesi müraciətlərdən asılı olaraq, hər gün fərqli olur. Uşaqları individual qəbul edirəm, bəzən siniflərə gedirəm. İllik plan qurub ona əsasən işləyirəm.

V sinif - keçid yaş dövrünün ilk mərhələsi, uyğunlaşma dövrüdür. Uşaqlar aqressiv olurlar, cəmiyyətdə yer axtarırlar, özlərini təsdiq etmək istəyirlər. VIII sinif özünüinkişafın pik nöqtəsidir, məktəbimizdə təhlükəli psixoloji vəziyyətdə olan uşaqlar var, onlara nəzarətimiz güclüdür.

Ailə problemlərinə görə uşaqlar özləri də müraciət edirlər. Qapımın yanında poçt qutum var, yazıb ora atırlar, mən də məşğul oluram. Müraciətlər çox vaxt tək qalmaq istəyi, "heç kim məni başa düşmür" tipli olur.

Hiperaktiv uşaqların sayı gündən-günə artır. Diaqnoz qoymaq iqtidarında deyiləm, onları psixi-sağlamlıq mərkəzinə göndəririk, onlar diaqnoz qoyur".



O, şagirdlərin problemlərini görən müəllimlərin ona müraciət etdiyini bildirib:

"Müəllimlər çox olmasa da, arada müraciət edirlər. Psixologiya inkişaf edib, normal qarşılanır, amma yenə də uşağının problemini izah edəndə "uşağım xəstə deyil" deyə cavab verən valideynlər var. Bəzi məktəblərdə hətta müəllimlər də şagirdlərinin psixoloq yanına getməsinə pis baxır. Bir tərəfdən psixologiya inkişaf, digər tərəfdən deqradasiya edir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 443 11.04.19 20:30