Təbii qaz və işığa tətbiq edilən limiti ləğv etmək mümkündür » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |     16:43 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI (SİYAHI)  |     16:16 Bakının məşhur bazarı bu əraziyə köçürülür  |     15:37 "Avroviziya 2025" mahnısı və təmsilçisi fevral ayında təqdim olunacaq  |     14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |    

Təbii qaz və işığa tətbiq edilən limiti ləğv etmək mümkündür

Təbii qaza tətbiq edilən 1700 kub metrlik limitin dəyişdirilməsi təklifi səslənir.

Median.Az
“Şərq” qəzetinə istinadən xəbər verir ki, təklifi irəli sürən iqtisadçılar əhalini bu limitin bir neçə ayda tükətdiyini bildirirlər. Mütəxəssislər bu fikirdədir ki, təbii qaza tətbiq edilən limit aşağıdır.

Məlumdur ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kub metrədək olan istehlakçılar üçün 10 qəpik, qazın sərfiyatı bu göstəricini aşdıqda isə 20 qəpikdən hesablanır. Bu da xüsusilə əhalinin aztəminatlı hissəsini maddi cəhətdən çətinə salır.

Nəzərə alsaq ki, payız-qış mövsümündə təbii qazın sərfiyyatı artır, 1700 kub metrlik limiti keçməmək mümkün deyil.

İqtisadçı Fuad İbrahimov açıqlamasında hökumətin təbii qaz və eləcə də, elektrik enerjisinə tətbiq edilən limitlə bağlı dəyişikliklər edilə biləcəyini söyləyib.

“Tətbiq edilən limit istənilən halda azdır. Təbii ki, burada söhbət məhz əhalinin istifadə etdiyi təbii qaz və elektrik enerjisinə tətbiq olunan limitdən gedir.

Xüsusilə də, bəzi çoxmərtəbəli binalarda fərdi yaşayış evlərində, həyətyanı sahələrdə tikilən mənzillərdə istilik sistemi olmadığından təbii qaz sərfiyatı yüksəkdir.

Təbii qaz belə yaşıyış yerlərində çox işlənir. Təyin olunan 1700 kub metrlik limitin 70-80 faizi payız-qış mövsümündə sərf olunur. Digər aylara çüzi bir hissə qalır. Bununla da, ili başa vurmaq mümkün görünmür.

Əhalinin istehlak səbəti və xərcləri düzgün müəyyənləşməlidir. Nəyəsə tarif təyin ediləndə, gərək vətəndaşı gəlirləri müəyyən edilsin. Deyək ki, orta aylıq gəlir 400 manatdırsa, aylıq xərc 500 manat olmamalıdır.

Bu mənada, təbii qaza tətbiq edilən limitdə, birdən-birə 100 faiz artım diferensial deyil. Heç olmasa 50 faiz artım olmalıydı. İllik istehlak həcminin 1700 kub metrdən artım olan hissəsi üçün heç olmasa 15 qəpik təyin edilməliydi”, - deyə ekspert bildirib.

F.İbrahimov təbii qazın keyfiyyətinin də sual altında olduğunu deyib:

“Biz paytaxtın Yasamal rayonunda yaşayırıq. Son aylarda bizim ərazidə də təbii qazın verilməsində tez-tez fasilələr yaradır. Qaz sayğacları koda düşür. Əhali kartlara təkrar qaz yükləməli olur.

Ödəmə aparatları qarşısında uzun növbələr yaranır. Təbii qazın verilməsi bərpa olunduqda isə uzun müddət hava axını müşahidə edilir. Bu da balansa yüklənmiş təbii qazın sərfiyyatını bir az da çoxaldır.

Qaz istismar idarələri üzərlərini düşən vəzifəni yerinə yetirmir. Əhali əziyyət çəkir. Ona görə də, tətbiq edilən limit tez başa çatır. Bu da əlavə sərfiyyat üçün əlavə məbləğin hesablanmasına şərait yaradır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 522 11.04.19 17:13