İşdən qovulan məktəb direktoru ölən Elinanın anasına susması üçün torpaq sahəsi təklif etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

İşdən qovulan məktəb direktoru ölən Elinanın anasına susması üçün torpaq sahəsi təklif etdi

"Mən qızımın qanını yerdə qoymayacağam. Ədalətin bərqərar olması üçün bu işin sonuna qədər gedəcəyəm. Çünki mənim balam çox təmiz və mələk idi. Mən həmin direktorun və ya bundan sonra müəllimə işləyəcəksə müəllimə kimi digər anaların uşaqlarını məhv etməsinə icazə verməyəcəm”.

Median.Az
xəbər verir ki, bu sözləri News24.az-a eksklüziv açıqlamasında özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən mərhum Elina Hacıyevanın anası Sevil Hacıyeva deyib. O, ötən gün 162 saylı məktəbin keçmiş direktoru Sevinc Abbasovanın onun və Elinanın haqqında işlətdiyi nalayiq ifadələrlə bağlı da danışıb.

Yenicə balasını itirmiş ana baş vermiş hadisəylə bağlı Sevinc Abbasovanı məhkəməyə verəcəyini də açıqlayıb:

"Mən onu məhkəməyə verəcəyəm. Hazırda araşdırmanın nəticəsini gözləyirəm. Bu iş belə qalmayacaq. Utanmadan məktəbin direktoru Sevinc Abbasova mənim yanıma gəlib, Badamdar qəsəbəsində ən bahalı yerdə torpaq sahəsi təklif etdi ki, bircə mən danışmayım və məsələ bağlansın. Onu evdən qovdum...”!скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 303 09.04.19 16:27