Bəzi işbazlar saxta çıxarış hazırlayır - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Bəzi işbazlar saxta çıxarış hazırlayır - VİDEO

Son zamanlar bəzi işbazlar daşınmaz əmlak alan vətəndaşlara qarşı fərqli bir dələduzluğa əl atırlar.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, onlar saxta çıxarışlar hazırlamaqla vətəndaşları aldadırlar. Nəticədə vətəndaşlara külli miqdarda ziyan dəyir. Ekspertlər belə işbazların tələlərinə düşməməyin yollarını açıqlayıblar.

Üzərində dövlət gerbi, möhür, hətta seriya nömrəsi qeyd olunub.

İnandırıcı olması üçün kağızın ortasına böyük həriflərlə Çıxarış sözü də yazılıb

Bu, əslində bir sənəd yox, əmlak alqı-satqısı ilə məşğul olan bəzi işbazların düzəltdikləri kağız parçasıdır.. Son zamanlar dövlət sənədlərini saxtalaşdırmaqla cinayət işləyənlərə tez-tez rast gəlinir.. Belə dələduzlar orijinal çıxarışlarda istifadə olunan ifadələri bu kağız parçalarına daxil etməklə inandırıcılıqlarını artırmağa çalışırlar.

Əmlak məsələləri üzrə ekspertlər deyirlər ki, belə kağız parçaları saxta olsa da, onun hazırlanmasında istifadə oluna rəsmi-publisistik üslub insanları çaş-baş salır və nəticədə işbazların toruna kifayət qədər adam düşür...

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşa rəsmi sənəd kimi verilən bu kağız parçasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Əmlak alqı-satqısı zamanı istənilən vətəndaş Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron ünvanında ona təqdim edilən mülkiyyət sənədinin doğruluğunu yoxlaya bilər.

Hüquqşünaslar isə belə saxta sənədlərin tərtib edilməsinin həm inzibati, həm də cinayət məsulyyəti yarada biləcəyini vurğulayırlar.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 073 09.04.19 13:10