Abşeron Logistika Mərkəzi İstanbul-Bakı marşrutu üzrə ilk blok qatarı qəbul edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Abşeron Logistika Mərkəzi İstanbul-Bakı marşrutu üzrə ilk blok qatarı qəbul edib

İlk dəfə olaraq İstanbuldan Bakıya yola düşən beynəlxalq yük qatarı aprelin 5-də Bakıya çatıb.

Qatar Abşeron Logistika Mərkəzində qarşılanıb.

Qarşılama mərasimində açılış sözü ilə Abşeron Logistika Mərkəzinin baş direktoru Ziya Ağayev çıxış edib. Ziya Ağayev məlumat verərək bildirib ki, təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Abşeron Logistika Mərkəzi tərəfindən həyata keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

Şərq-Qərb Nəqliyyat Dəhlizi çərçivəsində baş tutan bu yük daşıması ölkə iqtisadiyyatı üçün də çox böyük əhəmiyyət kəsb edir.

Ölkə başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib.

Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.

Belə ki, Azərbaycanın çox əlverişli coğrafi mövqedə yerləşməsi tranzit potensialının artırılması istiqamətində əvəzsiz rol oynayır, bununla da büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.

Abşeron Logistika Mərkəzi tarixi İpək Yolunun üzərində, ölkəmizin paytaxtı Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşir.

Mərkəzin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.

Terminal vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.

Burada müştərilərə müasir və yüksək səviyyəli xidmətin göstərilməsi “vahid pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur.

Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərir.

Mərkəzdə altısı qatar qəbulu, ikisi konteyner, ikisi açıq yük və ikisi anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 501 09.04.19 12:03