Heydər Əliyev mərkəzlərinin inteqrativ veb-portalı yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Heydər Əliyev mərkəzlərinin inteqrativ veb-portalı yaradılır

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi, tədqiqi və təbliği əsas vəzifələrindən olan Mədəniyyət Nazirliyinin strukturunda fəaliyyət göstərən Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin işinin müasir dövrün tələblərinə uyğun qurulması, mərkəzlər arasında işgüzar əlaqələrin yaradılması, həyata keçirilən tədbirlərin işıqlandırılması və yeniliklərin tətbiq edilməsi məqsədilə Rayon (Şəhər) Heydər Əliyev mərkəzlərinin inteqrativ veb-portalı yaradılır.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, məsələ ilə əlaqədar Bakı şəhəri Qaradağ rayonunun Heydər Əliyev Mərkəzində Rayon (Şəhər) Heydər Əliyev mərkəzlərinin rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

İclas zamanı portalın strukturu, məzmunu, idarə olunması, müvafiq məlumatların daxil edilməsi və bu kimi məsələlər müzakirə olunub.

Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçirilmiş müşavirədə veb-portalın hazırlanması ilə məşğul olan müvafiq İT-şirkətinin nümayəndələri, Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin direktorları və veb-portalın təşkili ilə məşğul olacaq operatorlar iştirak ediblər.//milli.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 993 08.04.19 21:09