ARB TV-nin “Səhər-Səhər” proqramının budəfəki qonağı rəqqasə-aktrisa Oksana Rəsulova olub.
Median.Az xəbər verir ki, aktyor fəaliyyəti ilə məşğul olan Rəsulova ona rəqqasə deyilməsindən əsəbiləşdiyini bildirib:
“Mənim aktrisalıq təhsilim var. 2012-ci ildə Hindistanda aktrisalıq məktəbini bitirmişəm. Azərbaycanda o diplomdan təkcə məndə var. Sizi inandırım ki, mənə rəqqasə deyiləndə əsəbiləşirəm. O qədər rəqqasələr gəlir ki, baxanda deyirəm ki, rəqqasə olmaq istəmirəm. Çünki bu ad artıq cılızlaşıb”.