Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən hadisə martın əvvəlində baş verib:
“2 saylı Cəzaçəkmə Müəssisəsində 3 nəfər məhkum arasında məişət zəminində konflikt olub. Bundan sonra qanunvericiliyə uyğun olaraq, hər 3 şəxs cərimə təcridxanasına keçirilib”.
Qeyd edək ki, yayılan məlumata görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində 6 nəfər arasında əlbəyaxa dava düşüb.
* * * * *
Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.
Report xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.