Rusiyanın “Qazprom” şirkəti İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu posta azərbaycanlı Famil Sadıqov gətirilib.
O, iqtisadi-maliyyə fəaliyyətindən məsul olacaq.
Qeyd edək ki, F.Sadıqov 2009-cu ildən Rusiya “Qazprombank”nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.