Maliyyə Bazarlarına Nəzarət Palatası daha üç bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib. Beləliklə, Azərbaycanda bank olmayan kredit təşkilatlarının sayı 43-ə düşüb.
Bakıda fəaliyyət göstərən “Kredit House” və “Mədəd Kredit”, eləcə də, Lerik rayonunda fəaliyyət göstərən “Azəri Finans” MMC-lərin fəaliyyəti dayandırılıb.
Bu kredit təşkilatlarının lisenziyasının alınmasına onların qanunvericiliyin tələblərinə cavab verməmələri, hesabatların vaxtında verilməməsi və bəzilərinin faktiki olaraq fəaliyyət göstərməməsi səbəb olub.
Palata artıq bir neçə aydır ki, BOKT-ların sağlamlaşdırılması işini davam etdirir və artıq 12-dən çox belə təşkilata verilmiş lisenziya ləğv edilib.