Azərbaycanda təyyarə satılır: sahibi kimdir? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Azərbaycanda təyyarə satılır: sahibi kimdir? - VİDEO

Azərbaycanda elan saytlarında və sosial şəbəkələrdə təyyarə satılır. Bununla bağlı satış qruplarında elanlar yerləşdirilib.

Xezerxeber.az-ın məlumatına görə, satışa iki ədəd “Boeing-747” təyyarələri çıxarılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, təyyarəni satan şəxs paytaxt sakini Əminağa Hacıyevdir.

Müsahib bildirir ki, elanda olan təyyarə hazırda İndoneziyadadır və o burada sadəcə vasitəçi rolunu oynayır. Onun sözlərinə görə, həmin təyyarələrin istifadə müddəti başa çatıb. Belə təyyarələr əsasən hostel və restoran edilməsi məqsədi ilə alınır.

Müsahibin sözlərinə görə, təyyarələrin bir ədədinin qiyməti 500 min dollardan başlayır.

Təyyarə motorunun 15 günlük kirayəsi isə minimum 30-40 min dollara başa gəlir.

Onun sözlərinə görə, bu təcrübə dünyada da geniş yayılıb. Məsələn, Hollandiyada təyyarə oteli, İranda isə təyyarə restoranı var.

Əminağa Hacıyev deyir ki, bu təyyarələri alıb hava nəqliyyatında da istifadə etmək olar. Bu cür motorlu təyyarələrin bir ədədinin qiyməti isə iki milyon dollardan başlayır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 499 04.04.19 12:10