Dörd ölkədə Azərbaycanın turizm nümayəndəliyi açılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Dörd ölkədə Azərbaycanın turizm nümayəndəliyi açılacaq

Yaxın zamanda Böyük Britaniya, Fransa, İran, Cənubi Koreyada Azərbaycanın daimi turizm nümayəndəliyinin açılması planlaşdırılır.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində XVIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən bir il ərzində ölkənin turizm potensialının beynəlxalq auditoriyaya tanıdılması istiqamətində bir sıra addımlar atılıb:

“2018-ci ilin sonundan etibarən Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Hindistanda, Çində, Almaniyada altı daimi turizm nümayəndəliyi fəaliyyətdədir. 2018-ci ildən başlayaraq müxtəlif beynəlxalq sərgilərdə və tədbirlərdə təmsil olunuruq.

Əlbəttə, bu proses daimi olaraq davam edəcək. Məqsəd ölkənin turizm potensialı haqqında daha geniş auditoriyaya məlumat çatdırmaq, yeni hədəf bazarlardan daha çox turist cəlb etməkdir”.

“Hesab edirik ki, ölkənin yeni turizm brendi ilə yanaşı, aparılan marketinq tədbirləri öz bəhrəsini verəcək. Bunun üçün ilk növbədə əvvəlki illərdə görülən işlər yenidən nəzərdən keçirilərək sistemləşdirilir. Həmçinin, biznes qurumları və ictimai qurumlar arasında effektiv qarşılıqlı əlaqə yaradılması vacibdir”, - deyə sədr qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 317 04.04.19 11:45