İcbari sığortaya görə cərimələr artırıla bilər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

İcbari sığortaya görə cərimələr artırıla bilər - VİDEO

Əmlakını icbari qaydada sığortalamayan şəxslərə qarşı tətbiq olunan cərimələr sərtləşdiriləcək. Bununla bağlı qanunvericilikdə mövcud olan boşluqlar aradan qaldırılacaq.

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın zamanı sahibkarlara külli miqdarda zərər dəydikdən sonra bu məsələ gündəmə gəlib.

İcbari Sığorta Bürosunun İdarə Heyətinin sədri Rəşad Əhmədov deyir ki, mövcud qanunvericilikdə bununla bağlı müəyyən cərimələr olsa da, məbləğ yüksək olmadığından müsbət nəticə vermir.

Onun fikrincə, əmlak sığortası sahibkarları bir çox zərərlərdən qoruduğu üçün çox sərfəlidir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Firdovsi Ağaşirinov isə icbari sığorta qiymətlərinin olduqca əlçatan olduğunu deyir.

Firdovsi Ağaşirinov onu da qeyd edir ki, sığorta sektoruna etimadı artırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına daxil olan hər bir şikayət yerində araşdırılır və müştəri məmnuniyyətinin təmin olunması üçün addımlar atılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 667 03.04.19 23:00