Bakıda sürücü avtoxuliqanlıq etdi - Polis hərəkətə keçdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Bakıda sürücü avtoxuliqanlıq etdi - Polis hərəkətə keçdi

Bakıda daha bir sürücü avtoxuliqanlıq edib.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Xətai rayonu Nobel prospektində çəkilən videodan aydın olur ki, ''VAZ-2107'' markalı avtomobilin sürücüsü üzü şəhər istiqamətində yol boyu avtoxuliqanlıq edir. Avtomobili gah sağa, gah da sola döndərərək nəqliyyat vasitəsini iki təkər üstündə idarə edir.

O, bu hərəkəti ilə digər hərəkət iştirakçıları üçün real təhlükə yardır.

Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücünün bu əməli kobud qayda pozuntusudur.

Görüntüləri yayan şəxs iddia edir ki, sürücü avtomobili saxta dövlət nömrə nişanı ilə idarə edib. Yəni avtomobilin dövlət nömrə nişanı standarta uyğun olmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə müxtəlif ad və soyadlar, rəqəm və hərflərin olduğu saxta nömrələrin satışı ilə bağlı 'süjet təqdim etmişdik. Həmin nömrələri hazılayan şəxslər bunun suvenir olduğunu və təhlükəli olmadığını qeyd edirdi. Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bu cür saxta nömrələri hazırlayan və satışını həyata keçirənlər cinayət məsuliyyəti daşıyır.

Vaqif Əsədov bildirdi ki, saxta nömərə ilə avtoxuliqanlıq edən və yaxud hansısa bir cinayət törədib qaçan sürücülər zənn etməsinlər ki, onlar aşkar edilə bilmirlər. Təhlükəsiz şəhər kameraları vasitəsi ilə onlar müəyyə edilib məsuliyyətə cəlb olunurlar. O ki qaldı bu ''VAZ-2107'' markalı avtomobilin sürücüsünə, yol polisi artıq onun axtarışlarına başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 319 02.04.19 22:57