Abşeronda canavarlar 400-dən artıq heyvanı tələf edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Abşeronda canavarlar 400-dən artıq heyvanı tələf edib

Abşeron rayonunda canavarlar 400-dən artıq heyvanı tələf edib.

Təsərrüfat sahibinə on minlərlə manat zərər dəyib.

Median.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron rayonunda yerləşən "Xanqulu" qış otlaq sahəsindəki yataqlardan birində baş verib. Canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub. Fermer təsərrüfatının sahibi Seyran Kərimov bildirib ki, hücum 1 saat ərzində davam edib. Gecə hər saatın tamamında çobanlar heyvanları yoxlayırlar. Saat 2-də növbəti yoxlanış zamanı dəhşətli mənzərə ilə qarşılaşıblar. Yüzlərlə qoyunun boğazı üzülmüş vəziyyətdə olub.

Təsərrüfat sahibinin sözlərinə görə, ona 60 min manatdan çox ziyan dəyib. Seyran Kərimov deyir ki, ümumiyyətlə, son vaxtlar vəhşi heyvanlar ətrafda olan təsərrüfatlara tez-tez hücum edirlər. Vəhşi heyvanların öldürülməsi qadağan edildiyinə görə ən böyük ziyan da təsərrüfat sahiblərinə dəyir.

Hadisədən sonra fermada və onun ətrafında dezinfeksiya işləri aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 429 02.04.19 22:42