Əlillərə 7500-dən çox reabilitasiya vasitəsi verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |     21:54 AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır  |     21:39 Zaqatalada daha bir azyaşlı ÖLDÜ  |     20:50 Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)  |     20:31 Kevin De Bruyne ABŞ klubuna keçməyə yaxındır  |     20:02 Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi  |     20:00 Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR  |     19:40 Gürcüstanda matəm elan edildi  |     19:06 Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı  |     18:49 Gəncədə 39 yaşlı qadın dərmandan zəhərlənib  |     18:38 "Formula 1" Belçika Qran-prisi ilə müqavilənin müddətini uzadıb  |     18:32 Mirzoyan: Aİ missiyası Ermənistan üçün vacib və zəruridir  |     18:17 Vüqar Həşimovun atası II Fəxri xiyabanda dəfn olunacaq  |     17:58 Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib  |     17:41 Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı  |     17:21 Astma xəstələri preparat tapa bilmir - VİDEO  |     17:10 Ramazan ayında Qədr gecələrinin vaxtları məlum oldu  |     16:40 Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi  |    

Əlillərə 7500-dən çox reabilitasiya vasitəsi verilib

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2788 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidməti göstərilib.

Nazirlikdən verilən məlumata görə, onlardan 329 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər olub.

Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 356 əlil arabası, 262 aşağı və yuxarı ətraf, habelə döş protezi, 1699 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 46 korset, 479 cüt protez ayaqqabı, 1253 cüt ortopedik ayaqqabı, 298 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 678 qoltuqaltı və dirsəkaltı ağac, 489 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

Ümumilikdə, 2019-cu ilin birinci rübündə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 7583 reabilitasiya vasitəsi verilib, 178 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.//qafqazinfo.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 172 02.04.19 19:56