Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |    

Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı 0,5% azalıb. ONA-nın məlumatına görə, bu barədə "Global Stats" statistik mərkəzin hesabatında bildirilir.

Aprelin 1-nə olan məlumata görə, "Facebook"un Azərbaycanın sosial media bazarında payı 39% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 10,3% çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, istifadəçilərin ölkə üzrə fəallığı ilin əvvəlindən 24% artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında 2019-ci ilin aprelin 1-nə olan tarixə payı 19,5% təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 3 dəfə çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində ölkə üzrə "Youtube" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,7% azalıb. Aprelin 1-nə olan məlumata əsasən, "Youtube" 18,2% pay ilə sosial media bazarında 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 53% azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü: "Instagram" – 10,8%, "Twitter" – 7,1%, “VKontakte” – 1,78%, "Google+" – 1,75%.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 268 01.04.19 18:31