Bakıda 30 ailənin həyatı təhlükədədir – Fotolar
Hazırda qəzalı vəziyyətdə olan 30 ailənin yaşadığı yataqxananın sakinləri müraciət edib.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2-də yerləşən 17 saylı yataqxananın sakinləri müraciətdə həyatlarına olan təhlükəni vurğulayıblar.
“Neçə illərdir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2-də yerləşən dözülməz şəraiti olan 17 saylı yataqxanada çox ağır şəraitdə yaşayırıq. Dəfələrlə aidiyyatı qrumlara müraciət etmişik, lakin heç bir köməklik etmirlər. Şablon cümlələrdən ibarət cavab məktublarından və boş vədlərdən artıq bezmişik. Böyük bədbəxt hadisələrlə üz-üzəyik. Yataqxanada tez-tez bədbəxt hadisələri baş verir. Belə hadisələrdən misal olaraq divarlarda və döşəmədə uçqunlar, elektirik xətlərində qapanmalar, sağalmaz infeksiyalar və bir çox ağır xəstəliklərin yayılmasını göstərmək olar. Özümüzün, körpə övladlarımızın və ağır xəstəliklərdən əziyyət çəkən yataq xəstələrimizin həyatı təhlükədədir. Uzun illərdir ki, yataqxanada dözülməz şəraitdə yaşayan insanlar arısında son illərdə bronxit astma, bağırsaq infeksiyaları, ürək-damar xəstəlikləri, dəridə səpkilər, nevroz və s. xəstəliklər yaranmışdır. Bu ağır şəraitimizlə bağlı neçə illərdir ki, tez-tez müraciət edirik. Lakin nəticəsi yoxdur”,-deyə yataqxana sakinlərinin müraciətində bildirilib.
Sakinlər onu da deyib ki, yataqxana 2 mərtəbəli olmaqla 1946-cı ildə tikilib: “Hazırda qəzalı vəziyyətindədir. Yataqxanada ummilikdə 30 ailə ağır şəraitdə yaşayır.
Dəfələrlə Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin əməkdaşları yaşadığmız yataqxanaya baxış keçiriblər. 2015-2016-ci illərdə həmçinin 24 aprel 2017-ci il tarixində 17 saylı yataqxananın qəzalı olması haqqında akt foması, 2018-ci ilin oktyabr ayında isə sözü gedən yataqxanada insanların yaşaması üçün yolverilməz və təhlükəli olduğu barədə rəyi vardır.
Bu rəy və aktlar Sabunçu Rayonu İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Lakin bu qrumlar tərəfindən heç bir iş görülmür. Yalnız və yalnız şablon cümlələrdən ibarət cavab məktublarından başqa. Yataqxana Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balasındadır, lakin Sabunçu rayonu İcra Hakimiyyətinin yaşayış ərazisinə aiddir. Bu qrumlardan bizə köməklik edən tapılmır”.
//Bizimyol.info
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!