Metro sərnişinlərinə xoş xəbər - Yeni qatarlar gəlir » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |    

Metro sərnişinlərinə xoş xəbər - Yeni qatarlar gəlir

Moskvadan gətiriləcək qatarların istismara veriləcəyi zaman bəlli oldu

Sərnişinlərin ən çox istifadə etdiyi “Bakı Metropoliteni”də bəzi qatarların hələ də istismarda olması sərnişinlər tərəfindən narazılıqla qarşılanır. İstismar müddəti bitən qatarların bir hissəsi bu il xəttdən uzaqlaşdırılacaq.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Moskvada qatarlarımızın istehsal prosesinə başlanılıb: “Bu il də istismar müddətini başa vuran qatarlar yeniləri ilə əvəzlənəcək. Artıq yaxın aylarda 6 yeni qatarın, yəni 30 yeni vaqonun gətiriləcəyi gözlənilir. Həmin qatarlar yay aylarından etibarən xəttə buraxılacaq”.

Bundan başqa, B.Məmmədov davamlı olaraq qatarların cari, orta və əsaslı təmiri ilə bağlı görülən işlərdən danışıb: “Qatarların təmiri ilə bağlı 2017-ci ildən bir baza quruldu. Bu gün də əsaslı təmir sexində qatarlar modernləşdirilmiş və müasir qatarların verdiyi tələblərə uyğun olaraq təmir olunur. Bu səbəbdən də artıq bütün qatarların hamısı normal vəziyyətdədir”.

Qeyd edək ki, bir müddət öncə “Bakmil” stansiyasının açılışı ilə 3-cü qatar əsaslı təmir sexindən xəttə buraxılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 866 30.03.19 20:52