Sumqayıtda bu məktəblər direktorsuz qalıb - ARAŞDIRMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |    

Sumqayıtda bu məktəblər direktorsuz qalıb - ARAŞDIRMA

Sumqayıtda məktəblərin 20 faizinin direktorsuz qalması ilə bağlı bir müddət əvvəl məlumat vermişdik. Təhsil Nazirliyinin məlumatlarına istinad edərək bildirmişdik ki, Sumqayıtdakı 50 ümumtəhsil məktəbindən bir neçəsində direktor vəzifəsi vakant olaraq qalır.

Oxu.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, sözügedən məktəblərin direktorları yaş həddinə görə deyil, müxtəlif səbəblərdən tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.

Sözügedən məktəblərin siyahısını təqdim edirik:

Direktorsuz qalan məktəblərdən biri 2 nömrəli orta məktəbdir. Burada direktor vəzifəsini Xalid Adıgözəlov icra edir.

9 nömrəli orta məktəbin direktor vəzifəsinin müvəqqəti icrası isə Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Oktay Nuriyevə tapşırılıb. Həmin məktəbin direktoru Həqiqət Abdullayeva müavini Təranə Nəsirovaya qarşı şərəf və ləyaqətin alçaldılmasına dair ittihamlar səbəbindən işdən çıxarılıb.

Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktoru olmuş Xanəli Məmmədov işdən azad olunduqdan sonra təhsil müəssisəsinə direktor təyinatı olmayıb. Hazırda məktəbdə direktor səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elmira Hacıyevaya həvalə edilib.

Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəbin də direktoru yoxdur. Səlahiyyətlərin icrası yenə də müəllim heyətindən olan Rəna Rufullayevaya tapşırılıb.

23 nömrəli orta məktəb də idarəsiz qalanlar sırasındadır. Təyinat olmadığından hələlik məktəbin idarəsi əvəzedici Reyhan Yunisovaya həvalə edilib.

Hacı Zeynalabdin qəsəbəsində yerləşən 32 və 40 nömrəli tam orta məktəblər də direktor üzünə həsrət qalıb. Hazırda məktəblərdə direktor səlahiyyətlərini müvafiq olaraq Esmira İbrahimova və Əlhəddin Paşayev icra edir.

Növbəti direktorsuz məktəb isə 34 nömrəli tam orta məktəbdir. Burada da uzun müddətdir ki, direktor əvəzedicisi Nizami Məmmədovdur.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Əlizadə ilə əlaqə saxladıq. O, məktəblərə niyə direktor təyin olunmamasına dair sualımıza cavab olaraq bildirib ki, bu barədə qərarı Təhsil Nazirliyi verəcək:

“Nazirlik tərəfindən imtahan keçirilib, nəticələr əsasında məktəblərə direktor təyinatı həyata keçiriləcək. Bu işə biz baxmırıq, birbaşa Təhsil Nazirliyinin əmrini gözləyirik. Nə zaman əmr verilsə, o zaman da direktor təyinatına başlanılacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 699 27.03.19 16:10