BŞİH əməkdaşları bayram günlərində niyə işə çağırılıblar? » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:10 Bu ərazidə işıq olmayacaq  |     23:12 Bakıda 10 yeni metro stansiyası inşa ediləcək  |     22:33 Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı  |     22:14 Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib? - Vəzifəli şəxs tək olmayıb  |     21:20 Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır  |     21:03 İranda bir ildə 997 nəfər edam olunub  |     20:37 Rusiyaya məxsus gəmi Malayziya sahillərində qəzaya uğrayıb  |     20:24 London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb  |     19:49 İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı  |     19:44 Şamaxıda 49 yaşlı kişi dəm qazından BOĞULDU  |     19:39 Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ  |     19:15 Özbəkistanda elektron siqaretlər qadağan edilib  |     19:11 Sumqayıtda qız sevgilisinə görə anasını 300 manat cərimə etdirdi  |     18:33 Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib  |     17:26 Şahin Bağırov rəisləri işdən azad etdi  |     16:31 Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlarla bağlı YENİLİK  |     16:11 Quş qripi mutasiyaya uğradı: ABŞ-də ilk ölüm  |     15:50 AZAL təyyarəsinin "qara qutu"larının GÖRÜNTÜLƏRİ - FOTO  |     15:05 Aygün Kazımovanın ağsaqqalla rəqsi gündəm oldu - VİDEO  |     14:56 Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?  |    

BŞİH əməkdaşları bayram günlərində niyə işə çağırılıblar?

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) əməkdaşlarının qeyri-iş günlərində işə çağırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Rəsmi açıqlamada bildirilir ki, Novruz bayramı ilə əlaqədar ölkədə elan olunan yeddi qeyri-iş günləri ərzində Bakı Şəhər İcra Hakimiyyəti, onun struktur bölmələri, paytaxtın təsərrüfat və xidmət sahələrin işçiləri xüsusi iş rejimində çalışıblar.

Qeyd olunub ki, bayram günlərində Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların təşkilatçılığı ilə paytaxtda və onun rayonlarında kütləvi bayram tədbirləri, müxtəlif konsert proqramları, bayram yarmarkaları təşkil olunub, bu il mərkəz yerlərlə yanaşı bir sıra qəsəbə və məhəllələrdə də bayram şənlikləri keçirilib.

“Bayram şənlikləri və kütləvi tədbirlərin təşkili, şəhərin sanitar təmizliyinin yüksək səviyyədə saxlanılması, istirahət günlərində sakinlərimiz və qonaqlarımızı narahat edə biləcək hər hansı neqativ halların qarşısının dərhal alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, aparatın məsul nümayəndələri, eyni zamanda paytaxt rayonlarının icra hakimiyyətlərinin aparatları, şəhərin təsərrüfat və digər xidmət sahələrinin işçiləri öz iş yerlərində birbaşa vəzifə borclarını yerinə yetiriblər və bu təbii bir haldır.

Novruz bayramı günlərində paytaxtdakı bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunub, sakinlərimizi narahat edə biləcək problemlərin qarşısı alınıb.

Bayram günlərində iş yerində öz xidməti vəzifələrini həyata keçirən əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq, əlavə istirahət günləri veriləcək və onların mükafatlandırılması məsələsinə baxılacaq. Bununla əlaqədar hansısa bir şəxsin narazılıq nümayiş etdirməsi və bunun mətbuatda yayılması bizdə təəccüb doğurur”, - deyə məlumatda bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 246 26.03.19 12:37