Xaçmazda it sığınacağı: İki bacı dünyamızı xoşbəxt etməyə çalışır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

Xaçmazda it sığınacağı: İki bacı dünyamızı xoşbəxt etməyə çalışır

Xaçmaz rayon sakinləri Hava və Nailə Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Bu ideyanın necə yarandığını və bacıların bu işin öhdəsindən necə gəldiklərini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Sputnik Azərbaycanın bölgə müxbiri bu sığınacağı öz gözüylə görmək qərarına gəlib. Müxbirlə söhbət edən Hava Rüstəmli hələ uşaq yaşlarından heyvanlara şiddətə qarşı olduğu və gördüyü bütün xəstə itlərə yardım etmək istədiyini deyib. Bəzilərinə evlərində qayğı göstərir, bəzilərini hətta Bakıya müalicə və əməliyyat üçün aparırdılar. Bütün heyvanları evdə saxlaya bilməyəcəyini görən bacılar daha sonra ferma kirayələmək fikrinə gəliblər.

Bir vaxtlar 5-6 itlə başlayan fermada hazırda 100-ə yaxın it saxlanılır. İtə sahib çıxmaq istəyənlər sığınacağa müraciət edirlər və istədikləri iti alırlar. Fermada bir işçi itlərə baxmağa yardım edir. Heyvanlara qayğı isə təşkilatçıların öz maliyyəsi hesabına başa gəlir.

Hava Rüstəmli düşünür ki, bu, cəmiyyət üçün olduqca faydalı işdir. Çünki sığınacaqda saxlanılan heyvanlar vaxtı-vaxtında peyvənd olunur və cəmiyyətdə xəstəlik daşıyıcıları olmur.

Bacılar əmindirlər ki, bütün insanlar heyvanlara qarşı şiddət göstərməsə, onlara qarşı daha mərhəmətli olsa, hamımız daha xoşbəxt bir dünyada yaşayarıq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 696 23.03.19 22:21