Novruzda bu kənddə kişilər qadın paltarı geyinir – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

Novruzda bu kənddə kişilər qadın paltarı geyinir – VİDEO

Bu kənddə keçirilən bayram ölkəyə sözün əsl mənasındasəs salır.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Qazaxda yazın gəlişi fərqli şəkildə qeyd olunur. Qədimdən gələn adət-ənənənələr bu gün də yaşadılır. Günortadan başlayan bayram şənliyisəhərə kimi davam edir.

Daha maraqlısı isə odur ki, kəndin gəncləri qadın paltarları geyinib kəndi qapı-qapı gəzirlər. Onların dabelə geyməkdə öz məqsədi var.

Həmin gün yəni martın21-i hər kəsin qapı-bacası açıq olur. Kənd cammatı günortadan, axşam keçiriləcək bayram şənliyinə tədarük görür..

Fərqli Novruz şənliyi Qazaxın Yuxarı Salahlı kəndində qeyd olunur. Böyükdən kiçiyə hər kəs küçələrə çıxır, tonqal qalayıb ətrafında toplaşıb,bayramlaşırlar.

Maraqlı bayramı izləmək, onun iştirakçısı olmaq üçün qonşu rayonlardan, hətta paytaxtdan da bura gələnlərolur.

Kəndlilər buşənliyə"Salahlı karnavalı" da deyirlər.Kəndin hər tərəfində alovlanan bayram tonqalları isə gecənin qaranlığına xüsusi rəng qatır.

Onlar bu cür geyimlərlə evlərə getməklə həm ev sahiblərini əyləndirir, həm də öz sevdikləri qızları yaxından görə bilirlər.

Girdikləri evlərdən isə bayram nəməri alırlar. Kim pul verməsə əllərindəki dəyənəklə ev sahiblərini döyürlər.

Kəndi gəzən gənclər sonra Bakı-Qazax avtomagistralının kəndin içindən keçən hissəsində avtomobilləri dayandırıb,rəqs edirlər.

"Salahlı karnavalı" Səhər saatlarına qədər davam edir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 059 23.03.19 15:07