Xətai rayonunda bir nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin ediblər.
Əməliyyat başa çatıb.//milli.az