Təhsil naziri əmr imzaladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

Təhsil naziri əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov "Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin yekunları haqqında əmr imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, əmrlə, 2019-cu il 12-14 fevral tarixlərində "Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilən qaliblərinin siyahısı, habelə 2019-cu ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-də iştirak etmək üçün seçilmiş şagirdlərin siyahısı da təsdiq edilib.

Əmrə əsasən, təşkilatçıların 2019-cu il 4 fevral tarixli birgə qərarına uyğun olaraq qaliblərə, qalib şagirdlərin rəhbərlərinə nəzərdə tutulmuş pul mükafatları, Münsiflər heyətinin üzvlərinə, Elmi Ekspertiza Komitəsinin üzvlərinə isə qonorar veriləcək.

Əmrdə göstərilir ki, ABŞ-a gedəcək şagirdlərin yol xərcləri İntel Fondu tərəfindən ayrılan qrant hesabına və bir qismi Azərbaycan Təhsil Nazirliyi tərəfindən müsabiqə üçün nəzərdə tutulmuş xərclər hesabına ödəniləcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Qeyd edək ki, 2019-cu il 12-14 fevral tarixlərində Bakı şəhərində "Sabahın alimləri” VIII Respublika Müsabiqəsi keçirilib. Bu tədbirdə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Şəki, Mingəçevir, Şirvan, Lənkəran, Cəlilabad, Balakən, İsmayıllı, Qax, Xaçmaz və Ucarda yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Elektron qeydiyyatdan keçirilmiş 225 layihədən müsabiqədə 187 layihə ilə 311 şagird iştirak edib. Bu layihələrdən 63-ü fərdi, 124-u isə kollektiv işlənilmiş layihələr olub. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 50 layihə üzrə 84 şagird, o cümlədən I yerə 8 layihə üzrə 14 şagird, II yerə 17 layihə üzrə 28 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülüb. Qaliblər sırasından İntel İSEF-də iştirak etmək üçün 5 layihə (8 şagird) seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 353 22.03.19 18:59