QMİ-nin bölgə nümayəndələrinə maddi dəstək verilməyəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

QMİ-nin bölgə nümayəndələrinə maddi dəstək verilməyəcək

Bu il Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgələr üzrə qazıları və səlahiyyətli nümayəndələri maddi dəstək alan şəxslərin siyahısından çıxarılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu barədə oxu.az-ın sorğusuna cavab olaraq məlumat verib.

Bildirilib ki, din xadimlərinə dövlət tərəfindən maaş deyil, maddi dəstək verilir:

“Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də mənəvi dəyərləri təbliğ edən şəxslərə - din xadimlərinə maddi dəstəyin verilməsidir. Ötən il olduğu kimi bu il də QMİ ilə birgə maddi dəstək alacaq din xadimlərinin siyahısı müəyyənləşdirilərək onlara maddi dəstək verilməsinə başlanılıb. Lakin 2018-ci ildən fərqli olaraq bu il QMİ-nin bölgələr üzrə qazıları və səlahiyyətli nümayəndələri maddi dəstək alan şəxslərin siyahısından çıxarılıb. Buna səbəb həmin şəxslərin QMİ-dən maaş almalarıdır”.

Qeyd olunub ki, fonddan dəstək alan 986 din xadimi var. Onlardan 380 nəfəri imam, 271 nəfəri imam müavini, 335 nəfəri isə mütəvəllidir. İmamlara 450 AZN, imam müavinlərinə 350 AZN, mütəvəllilər isə 250 AZN maddi dəstək verilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 336 22.03.19 14:32