Emmanın “zəhərlənməsi” xəbərinə “Riviera”dan cavab » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

Emmanın “zəhərlənməsi” xəbərinə “Riviera”dan cavab

Xəbər verdiyimiz kimi, əməkdar artist Emma Ələkbərzadə iki gün öncə "Riviera" restoranında qızardılmış salmon balığından hazırlanmış salatdan zəhərlənib.

O, vəziyyətinin heç də ürəkaçan olmadığını bildirib.

Median.Az
oxu.az-a istinadən bildirir ki, məsələ ilə bağlı "Riviera" restoranından cavab geçikməyib. Restoranın rəhbərliyi yaşananlara belə aydınlıq gətirib.


"Bizim təəssüflənməyimiz E.Ələkbərzadənin guya zəhərlənməsi ilə bağlı deyil. Çünki zəhərlənmə hadisəsinin olmadığına əminik. Ona görə təəssüf edirik ki, tanınmış, bizim də hörmət etdiyimiz müğənni xanım olmayan hadisəni xəbərə çevirməklə, restoranın imicinə kölgə salmağa cəhd edib. Əminliklə deyirik ki, Elmira xanımın "Riviera" restoranında yediyi qidadan zəhərlənməsi ilə bağlı yaydığı məlumat həqiqəti əks etdirmir.

Əslində Elmira xanımı qıcıqlandıran səbəb onun restoranda olarkən əməkdaşlarımızdan restoran xidmətindən kənar xidmət tələb etməsi ilə bağlıdır. Belə ki, martın 19-da saat 16.30 radələrində restorana gələn Elmira xanım balıqdan hazırlanmış salat sifariş edib. Restoranda olarkən ofisianta oğlunun internet limitinin bitdiyini, təcili olaraq ona internet paketi yükləməyə kömək etməsini xahiş edib. Restoranda internet limiti yüklənməsi üçün müvafiq cihaz olmadığı ona bildirilib".

Bildirilir ki, Elmira xanım 20 manat nağd pul təklif edərək ofisiantdan öz maaş kartından oğlu üçün internet yükləməsini xahiş edib:

"Ofisiant maaş kartında pul olmadığını bildirdikdə, Elmira xanım post-terminal vasitəsilə internet yüklənməsini istəyib. Post-terminalın yalnız naqdsız ödəniş almaq funksiyasının olduğunu, internet yüklənməsinin mümkün olmadığı ona izah edildikdə, ofisiantdan tələb edib ki, yaxınlıqda ödəmə mərkəzindən onun oğlu üçün internet paketi yükləsin. Lakin ona xidmət edən ofisiant bunu edə bilməyəcəyini Elmira xanıma bildirərək, digər müştərilərə də restoran daxilində xidmət göstərməli olduğunu izah edib. Həmçinin, ofisiantın xahişi ilə administrator da Elmira xanıma yaxınlaşaraq ofisiantın restorandan kənar xidmətə göndərilməsinin mümkün olmadığını Elmira xanıma nəzakətlə izah edib.

Elmira xanım orada olmayan oğlunun istəyini yerinə yetirə bilmədiyindən pərişan olduğunu anlayışla qarşılayırıq. Bir ana kimi narahat olduğunu, restoranımızın əməkdaşlarının onun tələbini icra etmədiyindən, guya, zəhərlənməsinə dair sosial şəbəkədə məlumat yaymasını qadın emosionallığı kimi qəbul edirik. Zəhərlənmənin təsdiqi üçün ən azı müvafiq həkim rəyi olmalıdır ki, belə bir rəyin olmadığı da mübahisəsizdir".

Restoran rəhbərliyi bu məlumatın xəbərə çevrilməsini nəzərə alaraq, oxuculara üz tutaraq, Bakının brend restoranlarından olan "Riviera" barədə yayılan bu məlumatın yanlış olduğunu bir daha bəyan edib:

"Həmin gün "Riviera"da Elmira xanımın yediyi salatdan digər masalarda olan onlarla müştəri də yeyib və heç kəsdən irad, narazılıq, şikayət daxil olmayıb. "Riviera" milli yeməkləri və digər xalqların mətbəxi ilə paytaxtımızın sakinlərinə və qonaqlara yüksək keyfiyyətli xidmət göstərən, uzun illər xidmət tarixçəsi olan restoran kimi hər zaman müştəri məmnunluğuna önəm verir. "Riviera"nın yerli və əcnəbi qonaqlardan ibarət olan daimi müştəriləri hər zaman xidmətimizdən razı qalıblar. Yanlış məlumatı xanım müğənninin duyğusallığı kimi dəyərləndirərək, ondan hər hansı tələbimiz yoxdur. Lakin Elmira xanımın yanlış məlumatı "Riviera"nın çoxsaylı personalı ilə yanaşı, yüzlərlə daimi müştərilərinin də narahatlığına səbəb ola bilər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 706 21.03.19 20:40