Benzin alarkən diqqətli olun! - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

Benzin alarkən diqqətli olun! - VİDEO

Paytaxt sakini Anar Cəlilov iddia edir ki, yanacaq doldurma məntəqəsindən aldığı benzin onu maddi ziyana salıb. Avtomobilin motorxanasında problemlər yaranıb.

Anar Cəlilov deyir ki, bu hadisədən sonra ona təxminən 300 manat məbləğindəziyan dəyib.

Anar Cəlilov indi ona dəyən ziyanın ödənilməsini istəyir. Bildirir ki, bununla bağlı aidiyyatı qurumlara da müraciət edəcək.

Məsələ ilə bağlı yanacaq doldurma məntəqəsindən bildirildi ki, ölkədəki bütün Yanacaq Doldurma Məntəqələri kimi onlar da yanacağı yeganə istehsalçı və idxalçı olan"SOCAR”dan topdan şəkildə alıb parakəndə satışını həyata keçirirlər vəavadanlıqları müasir standartlara cavab verir. Satılan yanacaqda aidiyyatı qurumlar tərəfindən mütəmadi olaraq laborator yoxlamadan keçirilir. Gün ərzində minlərlə sürücüyə yanacaq satışı həyata keçirilir və hər hansında sözü gedən problem müşahidə edilməyib.

Avtomobil ustaları isə deyir ki, baş verən problem avtomobilin benzin süzgəcindən də qaynaqlana bilər. Tövsiyyə olunur ki, sürücülər bu kimi problemlə qarşılaşmamaq üçün hər 10 və yaxud 15 min km-dən bir avtomobilin incə və kobud süzgəclərini dəyişsinlər. Hətta 40-50 km-dən bir yanacaq çəni açılaraq içərisi də təmizlənə bilər.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 225 21.03.19 12:35