İlaxır çərşənbədə bu rayonda kişilər qadın paltarı geyinir - MARAQLI ADƏTLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

İlaxır çərşənbədə bu rayonda kişilər qadın paltarı geyinir - MARAQLI ADƏTLƏR

Bu gün ölkədə xalq arasında "İlaxır çərşənbə", "Yer çərşənbəsi" və ya "Torpaq çərşənbəsi" adlanan sonuncu çərşənbə bayramı qeyd edilir. Bu bayramın özəlliyi həm də rəngarəgliyindədir.

Median.Az
xəbər verir ki, Axar.az baharın gəlişinin müjdəçisi olan və torpağın oyandığı günün simvolu hesab edilən İlaxır çərşənbə ilə bağlı ənənələrin bir qismini təqdim edir:

Lənkəranda İlaxır çərşənbənin səhəri gənclər, nişanlılar Lənkərançaya gedirlər, bardaqlara su doldururr, arzu tuturlar. Bu mərasim zamanı gənc oğlanlar özlərinə qız bəyənir, çoxu isə bəxtinin açılması üçün dualar edir.

Şərur rayonunda İlaxır çərşənbənin gəlməsinə ən azı bir ay qalmış hazırlıq işləri başlayır. Evlər, həyət-baca təmizlənir, paltar-palaz yuyulur. Hamı bayrama təzə paltar geyinməyə cəhd edir.

Qazax və Ağstafada İlaxır çərşənbədə kişilər qadın paltarı geyinərək küçələrdə gəzir və camaatı güldürürlər. Qadın paltarı geyinən kişilər başlarına parik taxaraq musiqi sədaları altında, çox vaxt isə özləri də mahnı oxuyaraq küçələri gəzirlər.

Qəbələdə İlaxır çərşənbədə axar su üzərindən tullanmaq adətdir. Xüsusilə subay qızlar axar suyun üzərindən tullanır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 584 19.03.19 21:48