Ukraynada “Qolos” yarışmasının iştirakçısı olan Cavid Məmmədov yeni klipini təqdim edib.
“Рядом бог” adlanan mahnının sözləri Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi isə ifaçının özünə aiddir.
Rus dilində ifa olunan mahnı “Youtube” video-hostinqində nümayiş etdirilib.
Qadınlara həsr edilən mahnı hər kəsi içindəki Allaha inanmağa səsləyir.
Qeyd edək ki, Cavid Məmmədov eyni zamanda “Novaya volna” və “I am Singer Kazakhstan” müsabiqələrinin iştirakçısıdır.