AZAL-ın İstanbula bütün reysləri yeni hava limanına həyata keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

AZAL-ın İstanbula bütün reysləri yeni hava limanına həyata keçiriləcək

“Atatürk” hava limanının bağlanması ilə əlaqədar olaraq aprelin 7-dən etibarən AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri yeni hava limanına (Istanbul New Airport) həyata keçiriləcək.

Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində “Azərbaycan Hava Yolları” Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə üç reys, 1 may tarixindən 6 oktyabr tarixinədək isə gündə dörd reys həyata keçirəcək.

Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir, 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir.

Biletləri artıq əldə etmiş transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər, belə ki, digər aviaşirkətlərin əvvəllər “Atatürk” hava limanına həyata keçirilən reysləri də İstanbulun yeni hava limanından yerinə yetirilməsi gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 153 19.03.19 16:15