Azərbaycana saxta göz protezi idxal edən şirkət fəaliyyətini dayandırdı – Video » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

Azərbaycana saxta göz protezi idxal edən şirkət fəaliyyətini dayandırdı – Video

Azərbaycana mənşəyi məlum olmayan göz protezləri ixrac edən şirkət fəaliyyətini dayandırdı.

Bu barədə məlumatı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib. O bildirib ki, bu haqda vətəndaş müraciətindən sonra xəbərdar olan Azad İstehlakçılar Birliyi məsələ ilə bağlı dərhal aidiyyatı dövlət orqanlarına Dövlət Gömrük Komitəsinə, Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə məlumat verildikdən sonra şirkət məsələdən xəbərdar olaraq fəaliyyətini dayandırıb:

“Bizə vətəndaş müraciət etdikdən sonra məsələni araşdırdıq və məlum oldu ki, saxta ştrixkodlarla ölkəmizə göz protezləri idxal edilib və müəyyən işbaz həkimlər tərəfindən də istifadə edilib. Dərhal dövlət qurumlarına mmüraciət etdik, şirkətə məlumat verdik. Onlar bizim verdiyimiz məlumatla tanış olublar. Bugünlərdə isə bizə şirkət tərəfindən rəsmi məlumat göndərdi ki, artıq onlar fəaliyyətlərini dayandırıblar. Adıçəkilən Brenner markalı göz protezi ilə bağlı da bizə bir sənəd göndəriblər ki, bizim araşdırmalarımız həmin sənədin saxta olmasını aşkar edib. Bu haqda da ölçü götürüb rəsmi məlumatlarımızı verəcəyik. Eyni zamanda biz aidiyyatı dövlət qurumlarına da şirkətin fəaliyyətini dayandırması ilə bağlı məlumat vermişik”.
//bizimyol.info

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 532 18.03.19 14:53