Yer planetinə bu yaxınlarda aşkarlanmış 2019EA2 asteroidi yaxınlaşır.
Bu haqda NASA məlumat verir.
30 metr diametrli kosmik obyekt martın 22-də Yerə ən yaxın məsafəyə qədər yaxınlaşacaq.
Asteroidin Yerdən 305 min kilometr aralı ötüb keçəcəyi gözlənilir.
Bundan əvvəl, 2018-ci ilin noyabr ayında astronomlar Yerə insan kəlləsi şəkilli 2015 TB145 adlı ölü asteroidin yaxınlaşdığı barədə xəbərdarlıq etmişdilər. Sözügedən kosmik obyekt Yerdən 38 milyon kilometr aralı keçmişdi.