Bayıl sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində paytaxtın Bayıl qəsəbə sakini S.Fərəcullayev qəsəbə ərazisindən tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə təhvil verib.//trend.az