Həbsdən buraxılan Vidadi Zeynalovun səhhətində problem yaranıb - Qardaşından açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Rusiyada 21 yaşlı azərbaycanlı qətlə yetirilib  |     22:27 Kanadanın Baş naziri istefasını açıqladı  |     22:12 Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq  |     21:23 Sumqayıtda 52 yaşlı kişi meyiti tapılıb  |     21:00 Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI - VİDEO  |     20:53 Nicat Rəhimov şəkər xəstəliyindən əziyyət çəkir  |     20:10 "Atamı 15 ildən sonra ilk dəfə ağlayanda gördüm"- İlkin Həsəni  |     19:50 Bakıda 50 yaşlı kişi sevgilisinin hamamında öldü  |     19:35 "Fənərbağça" klubu kubok oyununda iştirak etməyəcək  |     19:32 Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub  |     19:28 Bakı həbsxanasında daha bir məhkum öldü  |     18:04 Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu  |     15:53 HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?  |     15:39 Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək  |     13:45 Dekabrda sərhəddə 2 milyon manatlıq qaçaqmal tutulub  |     13:23 Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu  |     13:05 Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı bəraət istəyir  |     13:03 Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü  |     13:02 SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB  |     13:02 Bayram günlərində 10 nəfərin meyiti tapıldı  |    

Həbsdən buraxılan Vidadi Zeynalovun səhhətində problem yaranıb - Qardaşından açıqlama

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırda Nəqliyyat, Rabitə və Yyüksək Texnologiyalar Nazirliyi adlandırılır - red.) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun azadlığa çıxması ilə bağlı məlumat vermişdik.

Median.Az
xəbər verir ki, bizimyol.info azadlığa çıxan Vidadi Zeynalovla əlaqə saxlayıb.
Telefonuna qardaşı Vahid Zeynalov cavab verib. O, hazırda qardaşının azadlıqda olduğunu, buna çox sevindiklərini, hazırda bütün qohum- əqrabalarının onlarda olduğunu, Vidadi Zeynalovla görüşdüklərini bildirib.

"Vidadi hazırda bizdə olan bütün qohum-əqrabalarla görüşür. Allah bütün həbsdə olanların qapısını açsın. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılıb. Cəza müddətinin bitməsinə 7 ay qalmışdı".

Vidadi Zeynalovun cəzadan tamamilə azad olunması üçün məhkəməyə müraciət olunub-olunmayacağı haqda suala Vahid Zeynalov belə cavab verdi: "Bundan sonra da məhkəməyə müraciət etmək fikrimiz yoxdur".

"Vidadi Zeynalovun səhhətində problemlərin olduğu bildirilmişdi, hazırda onun səhhəti necədir?" sualımızı o, belə cavablandırdı:

"Səhhəti belədir ki, Vidadi müəllim tutulmamışdan qabaq dizindən və onurğasından əməliyyat olunmuşdu. O problemlər bir az da dərinləşib. Səhhəti yaxşı deyil. İnşallah həkim müayinələrindən keçirəcəyik"скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 165 16.03.19 15:02