Bakıda dəmir yolu vağzalının tikintisi zamanı ölüm hadisəsi baş verib.
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə Sabunçu dəmir yolu vağzalında baş verib.
Vağzalın inşası ilə əlaqədar yaxınlıqdan keçən yolun tikintisində traktorçu işləyən 1967-ci il təvəllüdlü Əliyev Ənvər Abdüləzim oğlu mühərriki sönülü olan traktorda sükan arxasında oturduğu zaman qəflətən ölüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.