Millət vəkili Tahir Kərimli dahi Azərbaycan şairi Nəsiminin nəşinin Azərbaycana gətirilməsini təklif edib.
O, bu təkliflə Milli Məclisin (MM) martın 15-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.
Bildirib ki, onun nəşinin Azərbaycana gətirilməsinin vaxtı çatıb:
“Mən özüm iki dəfə Hələb şəhərində Nəsiminin məzarını ziyarət etmişəm. Ona görə hesab edirəm ki, artıq Nəsiminin nəşi Azərbaycana gətirilməlidir”.
/oxu.az