Yol polisi gənc oğlanı ölümdən qurtardı – 5 dəqiqə geciksəydi... » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |     13:37 Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi  |     13:32 Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ  |     13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |    

Yol polisi gənc oğlanı ölümdən qurtardı – 5 dəqiqə geciksəydi...

Dünən gecə saatlarında Abşeron rayonu, Xirdalan şəhərində çörək sexlərinin birində işləyən 21 yaşlı Ağa Əliyev yıxılaraq ağır xəsarət alıb. O, ayaqyolunda olarkən ayağı sürüşüb və yerə yıxılıb. Bu zaman qolu unitazın sınıq hissəsinə dəyib və kəsik xəsarətləri alıb. Damarları kəsilən gənc xeyli qan itirib.

Onu çörək sexinə gələn bir müştəri maşına mindirərək xəstəxanaya aparmaq istəyəndə tıxaca düşüb. Bu zaman yolda xidmətdə olan Abşeron rayon DYP Şöbəsinin əməkdaşı, polis kapitanı Vasif Sadıqova yaxınlaşan Ağa Əliyevin anası Nəzakət Əliyeva ondan oğlunu xəstəxanaya çatdırmaq üçün kömək istəyib. Yaralını və onun anasını 99 YP 174 dövlət nömrə nişanlı patrul avtomobilinə mindirən Vasif Sadıqov onları təcili yardıma çatdırıb. Lakin burada xəstənin xeyli qan itirdiyini deyərək qəbul etməyiblər. Bundan sonra DYP zabiti onları Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb. Burada da onları qəbul edən olmayıb. Nəhayət, Vasif Sadıqov yaralını Travmatologiya Xəstəxanasına çatdırıb. Burada xəstənin damarları tikilib, qanaxma dayandırılıb.

Anası Nəzakət Əliyeva Avtosfer.az saytına bildirdi ki, 5 dəqiqə də gecikmiş olsaydılar oğlu indi həyatda olmazdı: “Sağolsun həmin polis, bütün polislərə təşəkkür edirəm. O bizi çox yerə apardı, oğlumun həyatını qurtardı. Gecə də zəng eləyib maraqlandı, sonra gəlib uşağa baş çəkdi, mənə maddi yardım göstərdi. Bu gün oğlum əməliyyat olunacaq. Allah bütün polislərdən razı olsun. Biz o polis xilas etdi. Sağolsun ki, vaxtında həkimə çatdırdı”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 950 05.03.19 20:10