“GEN” MMC tikinti şirkətinin aldatdığı vətəndaşların nə pulu qaytarılıb, nə də onlar mənzillə təmin olunub.
Ona görə də, zərərçəkənlər onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarının icra olunmamasından şikayətçidirlər.
Bizimyol.info xəbər verir ki, aldadılmış vətəndaşlar onlara dəymiş zərərin ödənilməsi ilə bağlı bu gün aksiya keçiriblər.
Etirazçılar bəyan ediblər ki, bu gün onların uşaqları, nəvələri kirayə mənzillərdə yaşamağa məhkum olunublar.
Vətəndaşlar isə əlindəki sənədlərlə baş-başa dövlət orqanlarına gedib-gəlməkdən bezdiklərini deyiblər.
Xatırladaq ki, “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev ev almaq istəyən 350-dən artıq vətəndaşın külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinərək həbs olunub.
Aksiyadan hazırladığımız reportajı təqdim edirik: