Azərbaycanda bu məktəb biabırçı gündədir – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |     13:37 Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi  |     13:32 Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ  |     13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |    

Azərbaycanda bu məktəb biabırçı gündədir – FOTO

Cəlilabad rayonunda orta məktəb biabırçı gündədir.

Bu barədə tanınmış jurnalist Niyaz Niftiyev məlumat yayıb.

Onun saytımıza verdiyi məlumata gör, şəhid Elxan Fətiyev adına Təzəkənd kənd orta məktəbi acınacaqlı durumdadır.

“Kənddə ilk ibtidai sinif 1937-ci ildə açılıb. 1957-ci ildə 8 illik, 1986-cı ildə isə hazırda haqqında bəhs etdiyim 11 illik orta məktəb istifadəyə verilib. Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun üstündə yerləşən məktəb istifadəyə veriləndən sonra heç zaman əsaslı və ya cari təmir olunmayıb”.

Qeyd edək ki, əhalisinin sayı 3500 nəfərə yaxın olan Təzəkənd kənd məktəbi artıq bir neçə ildir bərbad vəziyyətdədir.

İkimərtəbəli təhsil müəssisəsinin damı uçub, divarları, tavanı dağılıb, taxta pəncərələr sıradan çıxıb, şüşələri qırılıb, elektrik sistemi ümumiyyətlə yox səviyyəsindədir.

Və belə bir şəraitdə böyük bir kəndin uşaqları dərs keçmək, müəllimləri isə dərs vermək məcburiyyətindədirlər.








































//Baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 222 05.03.19 14:52