Süpürgəçi qadınları bayram, istirahət, hətta matəm günləri də işlədir, əlavə pul yazmırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |     13:37 Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi  |     13:32 Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ  |     13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |    

Süpürgəçi qadınları bayram, istirahət, hətta matəm günləri də işlədir, əlavə pul yazmırlar

"Xətai rayonunda Mənzil Kommunat Təsərrüfatı Birliyi (MKTB) işçiləri, xüsusən də Əhmədli ərazində çalışan xadimələr, küçə süpürən əməkdaşlar bayram, istirahət günləri, hətta matəm günləri də işləyirlər. Xətai rayonu ərazisində hər gün səhər gəzintisi zamanı Xətai rayon MKTB işçilərinin yol və küçələri təmizlədiklərinin şahidi oluram”.

Bunu Modern.az-a paytaxt sakini Rahim Axundov söyləyib.

O, misal da çəkərək, Zığ yolu, Cavanşir küçəsi, Rahib Məmmədov küçəsi və s. yerlərdə hər gün səhər tezdən xadimələri iş başında gördüyünü vurğulayıb:

"Ürəyim yanıb, bazar və matəm günü - yəni 20 yanvar tarixində küçə süpürən azərbaycanlı xanıma yaxınlaşdım. Bu gün bazar və matəm günü olduğunu ona desəm də, qeyd etdi ki, onları hər gün işlədirlər. Əmək Məcəlləsinin 43-cü maddəsinin ə) bəndinə görə, "işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması müddəaları əmək müqaviləsində öz əksini tapmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi hara baxır? Prezident cənab İlham Əliyevin fərmanı var və orada yazılıb ki, Əmək Müfəttişliyi vətəndaşların istirahət hüququnu təmin etməlidir. Bəs niyə eləmir? Nə işlə məşğuldurlar? Sadəcə hər gün işə gəlib kabinetdə oturmaq hələ dövlətə xidmət etmək demək deyil”.

Vətəndaş aidiyyatı quruma sual ünvanlayıb:

"Dövlət Əmək Müfəttişliyinin işçiləri də, görəsən, bazar və matəm günləri işləyirlərmi? Küçəni süpürən xadimə bacımız deyir ki, istirahət günü olmadan çalışır və əlavə haqq onlara ödənilmir. Onlara bazar günü işlədiklərinə görə əmək haqlarına əlavələr hesablanmalıdır. Hesablama Palatası Xətai rayon MKTB-nin maliyə və mühasibatlıq fəaliyyətini yoxlayıb müəyyən etməlidir ki, istirahət günləri olmadan işləyən xadimələrin əmək haqlarına əlavələr hesablanıbmı? Xətai rayon MKTB və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz tabeliyində olan struktur bölmələrdə qayda-qanun yaratmalıdır. 15-ci əsr qaydasında işləmək olmaz. Bu barədə əslində mən yazmamalıyam. Bu sadəcə mənim vətəndaşlıq borcumdur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 289 27.02.19 22:53