Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |     13:37 Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi  |     13:32 Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ  |     13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |    

Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb

Lənkəranda kəndə girən canavarlar mal-qaraya hücum edib, təsərrüfat sahibinə 5000 manat ziyan vurub.

Hadisə rayonun Ürgə kəndində baş verib. Səhər saatlarında dənizkənarı otlaq ərazidə canavar iribuynuzlu heyvanlara hücum edib.

Kənd sakini və mal-qaranın sahibi Savalan Rəhimov hadisə yerindən 200-250 metr məsafədə heyvanların birləşərək canavara müqavimət göstərdiyinin şahidi olub. Canavar heyvanlarını qoruyan təsərrüfat sahibini görən kimi qaçıb.

Hücum nəticəsində 1 baş heyvan yaralanıb. Zərərçəkmişin sözlərinə görə, son 10 gündə canavarlar onun 4 inəyini parçalanıb. Ümumilikdə, Savalan Rəhimova 5000 manat maddi ziyan dəyib.

Təsərrüfat sahibləri bu hadisə ilə bağlı çox narahatdılar. Canavarların bu hadisəni yaşayış məntəqəsindən cəmi 2 km aralıda törətməsi kənd sakinlərini ciddi narahat edir.

Onlar canavarların insanlara hücum edə biləcəklərindən ehtiyat edirlər.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 517 26.02.19 23:06