Bu gün günortadan sonra Şamaxı rayonunda güclü külək başlayıb.
Median.Az xəbər verir ki, külək rayonun Şəhriyar qəsəbəsində dağıntılara səbəb olub.
Qəsəbədəki 5 mərtəbəli yaşayış binasının dam örtüyü güclü küləkdən sonra yararsız vəziyyətə düşüb. Belə ki, külək dam örtüyünün bir hissəsini qoparıb atıb.
Damdan qopan dəmir və taxta parçaları ətrafa səpələnib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əraziyə cəlb olunub.
Fəsadların ardan qaldırılması istiqamətində işlərə başlanılıb. Təhlükəni nəzərə alan briqada, küləyin zədələdiyi dam örtüyünü binanın üzərindən götürüb.
Qeyd edək ki, hazırda binada 24 ailə yaşayır.
Küləyin binaya vurduğu zərərin miqyası barədə Rayon İcra Hakimiyyətinə məlumat verilib.
Sakinlər qarlı-şaxtalı havanı nəzərə alaraq, dam örtüyünün tez bir zamanda bərpa olunmasını istəyirlər.