Transplantoloq: İnsanlar orqanları marketlərdən ala biləcəklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:37 Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI  |     11:28 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var  |     11:26 Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)  |     11:18 Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI  |     16:54 İşdən çıxmasını istəyən ərini həbs etdirdi  |     13:00 Rusiyadan Avropaya qaz böhranı: Ukrayna üzərindən tranzit tamamilə dayandırıldı  |     12:59 Əksər rayonlarda hava yağmursuz keçib - FAKTİKİ HAVA  |     12:44 Bu sosial ödənişlərin də məbləği artdı  |     12:43 Fransa hərbçiləri daha bir ölkədən çıxarılır  |     12:42 Bu ölkələr Şengen zonasına daxil oldu  |     12:41 Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu  |     12:40 ÜST Konqodakı naməlum xəstəliyin səbəbini açıqladı  |     12:15 Avtomobili ilə piyadanı vurub öldürdükdən sonra qaçan sürücü TUTULDU (YENİLƏNİB)  |     12:14 Rusiya sərhədçiləri Ermənistan-İran sərhədini tərk ediblər  |     12:13 Estoniyanın keçmiş prezidenti vəfat etdi  |     12:11 Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib  |     12:09 Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb  |     12:08 Rusiyaya gedən vətəndaşların NƏZƏRİNƏ: Yeni miqrasiya qaydaları qüvvəyə mindi  |     12:07 11 sentyabr hücumlarında ittiham olunan üç nəfər edamdan yayına bilər  |     12:05 Mask populyarlıq reytinqində Bezos və Zukerberqi geridə qoydu  |    

Transplantoloq: İnsanlar orqanları marketlərdən ala biləcəklər

Bu gün dünyada iki məsələ aktualdır: biri insanlardan orqan köçürülməsi, digəri isə heyvanlardan.

Bunu oxu.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq Nuru Bayramov deyib.

O bildirib ki, yaxın gələcəkdə orqan marketlərinin yaradılması planlaşdırılır:

“Bu gün ilk növbədə ölkədə böyrək, qaraciyər transplantasiyasına ehtiyac duyan xəstələrin sayı çoxdur. Daha sonra sümük iliyi tranplantasiyasına da çox sayda tələbat var. Bu istiqamətdə çoxsaylı işlər görülür. Bizim Tədris Cərrahiyyə Klinikasında, Respublika Diaqnostika Mərkəzində, Gömrük Hospitalında böyrək və qaraciyər əməliyyatları həyata keçirilir.

Sümük iliyi əməliyyatları Respublika Talassemiya Mərkəzində aparılır. Z.Əliyeva adına Göz institutunda isə gözün buynuz qişasının transplantasiyası əməliyyatının aparılmasına başlanılıb. Ümumilikdə, ölkədə bu sahənin inkişafı üçün həm qanunun təsdiqlənməsinə, həm də digər geniş təşkilati işlərə böyük ehtiyac var”.

N.Bayramov dünyada orqan transplantasiyası sahəsində yeni alternativlərin axtarıldığını deyib:

“Bu gün həm geni dəyişdirilmiş heyvanlardan insanlara orqan köçürülməsi istiqamətində, həm də süni orqanların hazırlanması istiqamətində araşdırmalar aparılır. Hələlik bu sahədə insanlar üzərində tətbiq edilən uğurlu nəticələr yoxdur. Hamısı eksperimental səviyyədədir. Lakin işlər sürətlə davam etdirilir.

Düşünürük ki, yaxın 2-3 il ərzində bu problemin həllində çox ciddi nəticələr əldə ediləcək. Müəyyən dövr sonra xüsusi orqan marketləri də yaradılacaq. İnsanlar bu marketlərdən özlərinə lazım olan orqanları ala biləcəklər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 944 15.02.19 12:39